Ötən il ölkə əhalisinin böyük hissəsinin iştirakını əhatə edən bir sıra tədbirlərin maliyyələşdirilməsi, o cümlədən əhalinin siyahıyaalınmasının aparılmasına 19,8 milyon manat xərclənib.
Yeniavaz.com xəbər verir ki, bu, “2019-cu il dövlət büdcəsinin icrası barədə” hesabatda əksini tapıb.
Keçən il bələdiyyə seçkilərinin keçirilməsinə və bununla əlaqədar tədbirlərin təminatına isə 55,6 milyon manat vəsait yönəldilib.