Amerika Birləşmiş Ştatlarının Minnesota ştatında yerləşən "Orfield Laboratories" dünyanın ən sakit otağına malikdir.

Bu barədə İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir.

Məlumata görə, otaq çox sakit olduğu üçün insanlar qısa müddət sonra orqanlarının səslərini eşidə bilirlər. Otaq daxilində səs-küy səviyyəsi mənfi 13 desibeldən mənfi 23 desibel arasında dəyişir. Bu, həyəcan verici bir təcrübə kimi səslənsə də, əslində insan balansını poza biləcək bir təcrübə ola bilər. Belə ki, sakit otağa daxil olan insanlar ayaq üstə durmaqda və oturmaqda çətinlik çəkirlər.

Laboratoriyanın yaradıcısı Steven Orfiyeld bildirib ki, insanlar qaranlıq otaqda oturmağa dəvət edilir: "Sükut olduqda, qulaqlar daha həssas olur. Otaq nə qədər sakit olsa, bir o qədər çox eşidirsən. Təxminən 15 dəqiqədən sonra ürək döyüntünüzü, 30 dəqiqədən sonra isə ağciyərlərinizin səsini eşidə bilərsiniz".

 

Gözəl Həşimova