Hindistanın Maliyyə Kəşfiyyat İdarəsi dünyanın ən böyük kriptovalyuta birjası olan "Binance"ı 2,25 milyon dollar cərimələyib.

İqtisadiyyat.az bu barədə "Business Line"a istinadən xəbər verir.

Məlumata görə, idarə ölkənin çirkli pullarının yuyulmasına qarşı mübarizə qaydalarını pozduğuna görə "Binance"ı cərimələyib

Qeyd edək ki, may ayında Kanada səlahiyyətliləri kriptovalyuta ticarətində qanunsuz gəlirlərin yuyulmasına görə "Binance"ə 4,38 milyon dollar cərimələyib. 

 

Gözəl Həşimova