iqtisadiyyat.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Sberbank”ın İdarə Heyətinin sədr müavini Stanislav Kuznetsov bildirib.

Onun sözlərinə görə, fırıldaqçılar robotların səsindən istifadə etməklə bankdan pul götürmək barədə düşünəcəklər. Bank rəsmisi fikrini bir qədər əvvəl regionda körpünün inşası üçün yerli “qubernator”dan 5 mlrd. rubl vəsait almaq üçün aktyor İnnokentiy Smoktunovskinin səsindən istifadə edilməsi ilə əsaslandırıb.

“Bu, artist deyil, bunu robot edir. Mümkündür ki, bu üsul artıq mövcuddur”, - deyə İ.Kuznetsov qeyd edib. O həmçinin əlavə edib ki, artıq “Sberbank” belə cinayətlərə qarşı tədbirlər görülməsi üzərində işləyir və bu məsələ digər banklar üçün də aktualdır.