Dünyada ötən il qızılcadan ölənlərin sayı 2021-ci illə müqayisədə 43% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata görə, bu xəstəlikdən ölüm hallarının artması peyvəndlərin sayının azalması ilə bağlıdır. Bildilib ki, ötən il qızılcaya yoluxma hallarının sayı 9 milyona çatıb.

Hesabat dövründə dünya üzrə 136 min insan qızılca səbəbilə həyatını itirib.

 

Gözəl Həşimova