2023-cü ilin sonunda hərbi münaqişələr və təbii fəlakətlər səbəbindən dünyada məcburi köçkünlərin sayı rekord həddə - 75,9 milyon nəfərə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə daxili yerdəyişmələrin monitorinqi mərkəzinin (IDMC ) hesabatında deyilir.

Məlumata görə, son beş ildə məcburi köçkünlərin sayı iki dəfə artıb. Köçkünlərin 68,3 milyonu hərbi münaqişələr, 7,7 milyonu isə təbii fəlakətlər səbəbindən evlərini tərk edib.

Hesabata görə, müharibə səbəbindən yeni köçkünlərin əksəriyyəti Sudan, Konqo Demokratik Respublikası və Qəzza zolağında olub. Türkiyə və Suriyada baş verən zəlzələlər səbəbindən isə 4,7 milyon insan evlərini tərk edib.

 

Gözəl Həşimova