Yeni Zelandiyanın yeni koalisiya hökuməti tütünlə bağlı qanunu ləğv edəcək.

İqtisadiyyat.az "Reuters"ə istinadən xəbər verir ki, ölkə hakimiyyəti büdcəyə vergi daxilolmalarının kəskin azalmasından və inflyasiyanın yüksəlməsindən çəkinir.

Nazirlər Kabineti keçmiş hökumətin 2022-ci ildə təsdiq etdiyi məhdudiyyətləri ləğv edir. Mövcud qanun layihəsi 2009-cu il yanvarın 1-dən sonra doğulmuş insanlara tütün satışının tam qadağan edilməsini və tütün məmulatlarının tərkibindəki nikotin miqdarının azaldılmasını nəzərdə tuturdu.

Yeni qanun iyulun 1-dən qüvvəyə minəcək.

 

Gözəl Həşimova