Dünyada noyabrın 17-də qlobal orta temperatur kritik istiləşmə həddini 2 dərəcə keçib. Temperaturun artması Avropa İttifaqının Kopernik xidmətinin alimləri tərəfindən qeydə alınıb. 

İqtisadiyyat.az xəbər veriri ki, bu barədə təşkilatın rəhbərinin müavini Samanta Burqes "X" sosial şəbəkəsindən məlumat verib.

Əvvəlki dövrlə müqayisədə Yer kürəsində temperatur Selsi üzrə 2,06 dərəcə artıb. Bundan başqa, noyabrın 17-də havanın temperaturu 1991-2020-ci illərin səviyyəsini orta hesabla 1,17 dərəcə keçib. Beləliklə, 17 noyabr tarixdə ən isti gün olub.