Dünyada iyul ayında ərzaq qiymətləri taxıl müqaviləsinin dayandırılması fonunda bahalaşıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatında deyilir.

Məlumata görə, iyul ayında FAO Ərzaq Qiymətləri İndeksi iyun ayı ilə müqayisədə 1,3% artaraq 123,9 bənd təşkil edib.

Bildirilib ki, artım  bitki yağı qiymət indeksinin 7 aylıq enişdən sonra 12,1% artması ilə əlaqədardır. Belə ki, dünyada günəbaxan yağının qiyməti bir ayda 15%-dən çox artıb.

Bundan əlavə, qlobal buğda qiymətləri 1,6% bahalaşıb ki, bu da son 9 ayda ilk artımdır.

 

Gözəl Həşimova