Dünya Bankı büdcəni dəstəkləmək üçün Moldovaya 97,7 milyon dollar ayıracaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dünya Bankı məlumat açıqlayıb.

Məlumata görə, bu məbləğin 88,4 milyon dolları qrant şəklində veriləcək. Vəsait Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq İnkişaf Assosiasiyası vasitəsilə ödəniləcək.

 

Gözəl Həşimova