Dünya Bankı Fələstinin maliyyə vəziyyətinin son üç ayda pisləşdiyini və bunun maliyyə çöküşü riskini artırdığını bildirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə bank məlumat yayıb.

Məlumata görə, son üç ayda Fələstinin maliyyə vəziyyəti kəskin şəkildə pisləşib. Bildirilib ki, Fələstin Administrasiyasına ödənilən gömrük gəlirlərinin və iqtisadi fəaliyyətin kəskin azalması səbəbindən gəlir axınları əsasən quruyub. Alınan gəlirlərin məbləği ilə əsas dövlət xərclərinin maliyyələşdirilməsi üçün lazım olan məbləğ arasında sürətlə genişlənən fərq, büdcə böhranı yaradır .

Dünya Bankının məlumatına görə, 2023-cü ilin sonunda ölkənin maliyyə çatışmazlığı 682 milyon dollara çatıb. Ölkədə yoxsulluğun səviyyəsi xeyli artıb. Hazırda Qəzza zolağında demək olar ki, hər kəs yoxsulluq içində yaşayır. Adambaşına düşən gəlir isə kəskin azalıb.

 

Gözəl Həşimova