"Tarqovı"dakı məşhur "Palma" restoranının sahibi Xəlilov Gülabi Vaqif oğlu məhkəmə verilib.

İqtisadiyyat.az-ın əldə etdiyi bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - icarə müqaviləsi üzrə mübahisələri ilə bağlıdır.

Məhkəmə işinə hakim Nərmin Əhmədovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, G.Xəlilovun adı mətbuatda qalmaqallarla hallanır. Bir müddət əvvəl Dövlət Vergi Xidməti onun ölkədən çıxışına məhdudiyyət qoyulması ilə bağlı məhkəməyə müraciət edib.

Bir neçə il əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Xəlilov Gülabi Vaqif oğluna məxsus “Palma” kafesində nöqsanlar aşkarlandığı barədə məlumat yayıb. Bildirilib ki, aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.