Azərbaycanda dövlət satınalmaları sahəsi iqtisadiyyatın əsas sütunlarından biridir. Bu məqsədlə satınalma qaydalarına edilən dəyişikliklər, elektron satınalma sistemi və bu kimi digər mexanizmlər şəffaflıq və hesabatlılığın daha yüksək səviyyədə olmasına hesablanıb. Mövzu ilə bağlı “Diqqət mərkəzi” verilişində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət Satınalamaları şöbəsinin müdiri Əhməd Həsənov açıqlamalar verib.