Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2021-ci il üçün büdcəsinin gəlirləri 5 milyard 932 milyon 900 min manat nəzərdə tutulur.

Bu, Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında əksini tapıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il üçün büdcəsinin xərcləri isə 12 milyard 420 milyon 500 min manat proqnozlaşdırılır.

Qeyd edək ki, Fondun 2020-ci il gəlirləri 7 milyard  832 milyon 893,4 min manat, xərcləri isə  12 milyard 439 milyon 910,3 min manat təsdiq edilib.

Prezident İlham Əliyevin 31 Avqust 2020-ci il tarixli Fərmanı ilə, Dövlət Neft Fondunun 2020-ci il gəlirləri 12 milyard 384 milyon 88,2 min manatdan 7 milyard  832 milyon 893,4 min manata endirilib, xərcləri isə 11 milyard 589 milyon 910,3 min manatdan 12 milyard 439 milyon 910,3 min manata qaldırılıb.