Dövlət Gömrük Komitəsi (DGK) "Uni KO" QSC-yə gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edib.

İqtisadiyyat.az
-ın əldə etdiyi məlumata görə, protokol Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq.

Protokol İnzibati Xətalar Məcəlləsinin (İXM) 497-ci maddəsinin tələblərinin pozulduğuna görə tərtib olunub. 

Həmin maddə isə malların emal edilməsi qaydasının pozulmasından bəhs edir.

Maddədə deyilir ki, malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir.