2020-ci ilin yanvar-noyabr aylarında dövlət büdcəsinə 22 milyard 241,1 milyon manat vəsait daxil olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, büdcəyə daxil olan gəlirlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz artıb.

Bildirilib ki, büdcədən 22 milyard 162,7 milyon manat vəsait xərclənib. Bununla da büdcə gəlirləri xərclərini üstələyib və büdcənin icrasında 78,4 milyon manatlıq profisit yaranıb. 

Qeyd edək ki, 2019-cu ilin yanvar-noyabr ayları ərzində dövlət büdcəsinin gəlirləri 21 milyard 132,2 milyon manat təşkil edib.