Bu ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 15 milyard 954,7 milyon manat, xərcləri isə 16 milyard 356,2 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsinin hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,7% və 11,2% çoxdur.

Son nəticədə büdcədə 401,5 milyon manat kəsir yaranıb. Xatırladaq ki, yanvar-iyul aylarının yekunununda büdcə kəsri 182,4 milyon manat təşkil etmişdi.