Dövlət Gömrük Komitəsi ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən 32.472 ədəd müxtəlif adda pirotexniki vasitə və 70 ədəd ratsiya aşkar edib.

Bu barədə İqtisadiyyat.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstan Respublikasından ölkəmizə gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Baxış zamanı həmin nəqliyyat vasitəsinin yük yerində ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən 32.472 ədəd müxtəlif adda pirotexniki vasitə və 70 ədəd ratsiya aşkar edilib.