Hava şəraitinin qeyri-sabit olması ilə bağlı qaz istehlakçıları tərəfindən qazdan istifadəyə dair qaydalara əməl edilməməsi, şəbəkəyə qoşulmuş avadanlıqların istismarına nəzarətin düzgün təşkil edilməməsi nəticəsində 2024-cü ilin yanvar ayı ərzində dəm qazından zəhərlənmə və ölüm hallarında artım müşahidə edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilib.

Baş Prokurorluq baş vermiş hadisələrlə bağlı təəssüflə ölənlərin ailələrinə başsağlığı verib və qazdan istifadə zamanı arzuolunmaz nəticələrin baş verməməsi üçün vətəndaşları və qaz istismarına nəzarəti həyata keçirən şəxsləri təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

Qeyd edək ki, Bakıda 2 qardaşın dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.