Dövlət Statistika Komitəsi ötən il üçün ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ilə bağlı ilkin məlumatları açıqlayıb. İqtisadiyyat.Az açıqlanan məlumatlara istinadən bildirir ki, orta aylıq nominal əməkhaqqı dekabr ayının sonunda 544 manat 10 qəpiyə bərabər olub. Əvvəlki ayın - noyabr ayının sonunda orta aylıq nominal əməkhaqqının 540 manat 10 qəpik olduğunu nəzərə alsaq, o zaman dekabr ayı ərzində orta aylıq nominal əməkhaqqının 3 manat artığını görərik.
Məlumat üçün qeyd edək ki, ötən il ərzində iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.