Avropanın daxili işlər üzrə komissarı Ylva Yohansson hesab edir ki, miqrantlar olmadan Avropa iflic vəziyyətinə düşəcək. 

İqtisadiyyat.az xəbər verir ki, o, bu barədə İspaniyada qanuni miqrasiya ilə bağlı yüksək səviyyəli konfransda bildirib.

Avropa komissarı qeyd edib ki, miqrantlar olmasaydı, Avropa əziyyət çəkərdi: "Miqrantlar Avropa İttifaqında fəaliyyətini dayandırsalar, Avropa iflic vəziyyətinə düşəcək. Miqrasiya idarə oluna bilər, bu normaldır və bizi qorxutmamalıdır. Bəli, problemlər, çətinliklər ola bilər, lakin biz onların öhdəsindən gələ bilərik, çünki miqrasiya lazımdır".

Siyasətçinin sözlərinə görə, keçən il 3,5 milyon insan Avropaya qanuni, daha 370 min nəfər isə qeyri-qanuni yollarla daxil olub: "Heç kim qanuni yolla gələnlər haqqında danışmır, lakin onlar Avropaya gələn miqrantların əksəriyyətini təşkil edir, çoxu işləmək üçün gəliblər və bu, təşviq edilməli olan marşrutdur və qeyri-qanuni marşrut minimuma endirilməlidir".