Bir çox ölkənin reaksiyasına baxmayaraq, Quranın yandırılması təxribatlarının davam etdiyi Danimarkada sərhəd nəzarətinin gücləndirilməsinə qərar verilib.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, Danimarka Ədliyyə Nazirliyi son günlər Quran yandırılmasının təhlükəsizliyə təsir etdiyini açıqlayıb.

Hökumət sərtləşdirilmiş sərhəd nəzarətinin avqustun 10-dək davam edəcəyini bəyan edib.

Gülşən Şərif