"Rusiya dövlət nömrə nişanlı avtomobillərin Polşa sərhədindən keçməsi qadağan edilir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Polşanın daxili işlər naziri Mariuş Kaminski Terespol-Brest sərhəd qapısına səfəri zamanı deyib.

Kaminski deyib: "Avropa Komissiyası bu il sentyabrın 8-də Rusiyada qeydiyyatda olan nəqliyyat vasitələrinin Avropa İttifaqı ölkələrinə girişinə qadağa qoyulmasına dair təlimat dərc edib. Nəzərinizə çatdırmaq istərdim ki, bu qadağa Polşa sərhədində sentyabrın 17-dən qüvvədə olacaq. Bu o deməkdir ki, Rusiyada qeydiyyatda olan heç bir sərnişin avtomobili Polşa dövlətinin ərazisinə daxil ola bilməz".

Nazir Kaminski bildirib ki, qadağa Rusiya yük maşınları üçün də keçərlidir. O əlavə edib ki, qadağa kommersiya və ya şəxsi olmasından asılı olmayaraq, sərnişin avtomobillərinə də şamil ediləcək.