Rusiya Mərkəzi Bankı bu gündən “ASPEKT” kredit təşkilatının bank əməliyyatlarının həyata keçirilməsi üçün lisenziyasını ləğv edib.

İqtisadiyyat.az tənzimləyicinin yaydığı məlumata istinadən xəbər verir ki, son 12 ayda bank dəfələrlə Mərkəzi Bankın normativ aktlarının, “Cinayət yolu ilə əldə edilən gəlirlərin leqallaşdırılmasına, terrorçuluğun maliyələşdirilməsinə qarşı mübarizə haqqında” federal qanunun tələblərini pozub. Bununla əlaqədar eyni dövr ərzində banka qarşı dəfələrlə tədbirlər görülüb.

1 mart tarixinə aktivlərinin həcminə görə ASPEKT bank sistemində 343-cü yerdə olub.

Xatırladaq ki, bu ilin əvvəlindən Rusiyada 8 bank bağlanıb.