Həkim dietoloq İdil İmamoğlu gənclərin tez-tez “çörək yemirəm” kimi ifadələr söyləməsinin və internetdən öyrəndikləri dieta proqramlarının yanlış olduğunu bildirib.
İqtisadiyyat.az türk mediasına istinadən xəbər verir ki, dietoloq, bəslənmə müalicəsinin fərdiləşdirilməsinin lazım olduğunu ifadə edərək belə deyib:
“Əgər insanın arıqlamasına, kökəlməsinə və ya digər qidalanma müalicəsinə ehtiyacı varsa, mütəxəssisdən dəstək almalıdır. Karbohidrat qəbul etməyə gəldikdə isə, onun sadə şəkərlərdən gəlməsini istəmirik. Dietada olarkən, mövsümi tərəvəz və meyvələrdən, paxlakimilərdən qəbul etmək lazımdır ki, tələb olunan enerjinin 50%-i bu qidalar təşkil edir”.

İmamoğlu, dietada karbohidratların həddən artıq azaldılmasının da ürəyin zəifləməsinə səbəb olduğunu bildirib. "Bu, infarkt riskini artırır. Əslində, fiziki şəxslərin karbohidrat ehtiyacları 40-60% olduqda bu riskin ən aşağı səviyyədə olduğunu söyləyə bilərik.

Bundan artıq karbohidrat istehlakı infarct riskini artırır "deyib.