“Çinar-AN” Mənzil-Tikinti Kooperativi (MTK) məhkəməyə verilib.
İqtisadiyyat.az xəbər verir ki, MTK-ya qarşı Fərəcov Fərəc Möhübbət oğlu məhkəmədə iddia qaldırıb.
İşin mahiyyəti mülkiyyət hüququ ilə əlaqədar mübahisələrlə bağlıdır.
İddia Nərimanov Rayon Məhkəməsində hakim Aytən Novruzovanın sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, “Çinar-AN” MTK 2013-cü ildə dövlət qeydiyyatına alınıb.