Vaşinqton Ukrayna münaqişəsi çərçivəsində öz davranışı barədə düşünməlidir.

İqtisadiyyat.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq deyib.

“Çin ABŞ-ni Ukrayna böhranının yaranması və gərginləşməsinə görə öz məsuliyyətini dərindən düşünməyə və düzgün qiymətləndirməyə çağırır”, - diplomat bildirib.

O, həmçinin Amerika tərəfini böhtan atmağı, təzyiq göstərməyi və qeyri-qanuni birtərəfli sanksiyalar tətbiq etməyi dayandırmağa dəvət edib.