“Fingyün-3 06” peyki “Long March-4C” raketi ilə Qobi səhrasındakı Ciuçuen Peyk Mərkəzindən orbitə buraxılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Bildirilib ki, artıq orbitdəki mövqeyində qərarlaşan peyk hava proqnozu, fəlakətlərin qarşısının alınması, iqlim dəyişikliyi ilə mübarizə və ekoloji mühafizə xidmətlərini həyata keçirəcək.

Buraxılış Long March raketi ilə 481-ci uğurlu nəqliyyat missiyası kimi tarixə düşüb.