Avqustun 10-da Salyan şosesində yerləşən çimərlikdən içərisində 15 manat pul, 350 manat dəyərində mobil telefon, geyim əşyaları, şəxsiyyət vəsiqəsi və bank kartı olan çantanın oğurlanması barədə Səbail RPİ 41-ci Polis Bölməsinə məlumat daxil olub.

DİN mətbuat xidmətindən İqtisadiyyat.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Xəyal Talıbzadə müəyyən olunaraq saxlanılıb.