Çimərlik voleybolu üzrə ilk dəfə keçirilən Avropa Kubokunda (Beach Volley European Cup) mübarizə aparan tarixi uğura imza atıb.

İqtisadiyyat.az xəbər verir ki, komanda yarışın finalına yüksəlib.

Azərbaycan təmsilçisi yarımfinalda Fransanın MONTPELLİER klubuna qalib gələrək finala vəsiqə qazanıb. 

Belə ki, komandalar arasında iki oyundan birində rəqib, ikincidə isə MUROV AZ TERMİNAL qalib gəlib. Ardınca qalibi müəyyən etmək üçün keçirilən qızıl setdə 15:10 hesabı ilə qələbə qazanan Azərbaycan komandası MUROV AZ TERMİNAL Avropa Kubokunda finala yüksəlib.

Həlledici qarşılaşma oktyabrın 8-də keçiriləcək. Çempionluq matçında MUROV AZ TERMİNAL ev sahibi Türkiyənin  TVF Spor Lisesi SK ANKARA klubu ilə üz-üzə gələcək. 

Xatırladaq ki, Türkiyənin Balıkesir şəhərində təşkil olunan yarışda MUROV AZ TERMİNAL klubu  Beach Volley Training BEINASCO (ITA), ABC WÖRTHERSEE (AUT), Beachbol La Malva VALENCIA (ESP), Kartal Anadolu Spor Kulübü ISTANBUL (TUR) komandaları ilə A qrupunda mübarizə aparıb. Qrup oyunlarının nəticələrinə görə aktivində 13 xalı olan MUROV AZ TERMİNAL klubu qrup mərhələsini ikinci pillədə başa vuraraq 1/4 finala yüksəlib. 

MUROV AZ TERMİNAL 1/4 final mərhələsində Macarıstanın SRSE BUDAPEST klubu ilə qarşılaşıb. Komandalar arasında keçirilən iki oyundan birində rəqib, ikincidə isə MUROV AZ TERMİNAL qalib gəlib. Ardınca qalibi müəyyən etmək üçün qızıl set oynanılıb. Qızıl setdə 15:8 hesabı ilə qalib gələn komandamız Avropa Kubokunda yarımfinala yüksəlib.