Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) Dövlət və Hökumət Başçılarının 19-cu zirvə görüşü çərçivəsində Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi Təşkilatının icraçı katibi Robert Floyd (Robert Floyd) ilə görüşüb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, tərəflər nüvə silahının yayılmaması sahəsində əməkdaşlığın perspektivlərini və regional məsələləri müzakirə ediblər.
In the margins of #NAMSummitUg2024, @Bayramov_Jeyhun, Minister of Foreign Affairs of the Republic of #Azerbaijan had a meeting with @_RobFloyd, Executive Secretary of @CTBTO. The sides discussed prospects of cooperation in the field of non-proliferation and regional issues. pic.twitter.com/QqMPioeW0S
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) January 19, 2024