Cənubi Koreya prezidenti Yoon Suk Yeol müharibədən sonra sülhün qorunması və yenidən qurulması üçün Ukraynaya 2,3 milyard dollar yardım vəd edib.

İqtisadiyyat.az xəbər verir ki, o, bu barədə Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G20 Liderlər Zirvəsi çərçivəsində bildirib.

Yoon qeyd edib ki, bu, humanitar yardım olacaq və bir hissəsi 2024-cü ildən başlayaraq Ukraynaya çatdırılacaq.