Cahangir Calal oğlu Əsgərov “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Musa oğlu Rzayevə həvalə edilib.

Qeyd edək ki, C.Əsgərov 1996-cı ildən AZAL-a rəhbərlik edib.

1996-cı ildən "Azərbaycan Hava Yolları" Dövlət Konserninin baş direktoru kimi rəhbərlik edən Əsgərov 2008-ci ildən AZAL Qapalı Səhmdar cəmiyyətinin prezidenti kimi bu vəzifədə çalışıb.