Tədqiqatçılar buzlaqların yaratdığı daşqınların dünyada 15 milyon insanı təhdid edə biləcəyini açıqlayıblar.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, qar və buzlaqların yaratdığı "Jökuhlaup" adlanan bəndin partlaması və "Mendenhall" çayının səviyyəsinin yüksəlməsi 15 milyon insanı təhdid edir.

Məlumata görə, qarın əriməsi nəticəsində əmələ gələn və bənd rolunu oynayan "Mendenhall" buzlaqının yerləşdiyi hövzənin yaxınlığında daşqın baş verib. Hövzədən axan su 2011-ci ildən bəri fasilələrlə daşqınlara səbəb olur.

Alimlər deyirlər ki, iqlim dəyişikliyi "Mendenhall" və dünyanın digər buzlaqlarını əridir, onlar da daşqınlara səbəb olur. Araşdırmaya görə, təkcə Hindistan, Pakistan, Peru və Çində insanların yarısı buzlaq daşqınları riski altındadır.

 

Gözəl Həşimova