Avropa İttifaqına (Aİ) üzv olan betün ölkələr BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) maliyyələşdirilməsini yeniləyib.

İqtisadiyyat.az xəbər verir ki, müvafiq bəyanatı Aİ diplomatik xidmətinin rəhbəri Cozep Borrell Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

"Bütün Aİ ölkələri UNRWA-nın maliyyələşdirilməsini tam bərpa edib və bu həftənin sonunda Avropa Komissiyası bu təşkilata yeni maliyyə yardımı köçürəcək", - məlumatda qeyd olunub. 

O vurğulayıb ki, Aİ xarici işlər nazirləri İsraildən UNRWA-nın işini və Fələstin Muxtariyyətinin maliyyə resurslarını əngəlləməyi dayandırmağı tələb ediblər.