Hazırda müşahidə edilən küləkli və qarlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 40 km/saat endirilib.

Bu barədə İqtisadiyyat.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, eyni zamanda bütün məlumat sürət tablolarında “güclü külək” və “sürüşkən yol” işarəsi qoyulub:

“Sürücülərdən hava şəraitini nəzərə almaları və müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir”.