Finlandiya Avropa Şurasının Ukrayna üzrə Fəaliyyət Planını dəstəkləməkdə davam edir və 2024-2025-ci illərdə Kiyevə 4 milyon avro ayıracaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyi məlumat açıqlayıb.

Məlumata görə, ölkə öz dəstəyi çərçivəsində əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası, gender bərabərliyi və qadınlara qarşı zorakılıqla mübarizəyə xüsusi diqqət yetirir.

Bildirilib ki, maliyyə əməkdaşlığın inkişafı üçün Xarici İşlər Nazirliyinin büdcəsindən ayrılır.

 

Gözəl Həşimova