Bu ilin aprel ayında Rusiya vətəndaşları ölkə banklarından 1,1 milyard ABŞ dolları məbləğində əmanət çıxarıb. 

Bu barədə Rusiya Bankı (Mərkəzi Bank) məlumat yayıb. 

Məlumata görə, mayın 1-nə fiziki şəxslərin banklardakı əmanətləri 88,2 milyard ABŞ dolları təşkil edib ki, bu da aprelin 1-i ilə müqayisədə 1,2% azdır. 

Xatırladaq ki, qonşu ölkədə bank əmanətərinin azalması tendensiyası bu ilin əvvəlindən, rublun ucuzlaşmasının təsiri ilə yaranıb. 4 ay ərzində əmanətlərdə 8,3 milyard ABŞ dolları azalma olub ki, bunun da əsas hissəsi - 5 milyard ABŞ dolları mart ayının, 2,2 milyard ABŞ dolları isə yanvar-fevral aylarının payına düşüb. (Report)