"Sosial ödənişlərdə bu il 3.8 dəfə artım qeydə alınıb. 2018-ci illə müqayisədə bu sahədə iki dəfəyə yaxın artım olub".

İqtisadiyyat.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov qurumun 6 aylıq hesabatı ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, bu ilin ötən dövründə 550 min insanın sosial ödənişlərlə təmin olunması həyata keçirilib: "Bu il sosial müavinət alanların sayında 14 min, təqaüd alanlarda 5 min, ünvanlı dövlət sosial yardımı alanlarda isə 56 min nəfərlik artım olub".