Prezident İlham Əliyev bu gün Bosniya və Herseqovinaya səfərə yola düşəcək. Səfər çərçivəsində ölkələr arasında iqtisadi əməkdaşlıq məsələləri, ələlxüsus energetika sahəsində tərəfdaşlıq mövzusu müzakirə olunacaq.

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası olacaq və Canni De Byazi milli assosiasiya rəhbərliyinə hesabat verəcək. Qeyd edək ki, milli komanda AVRO-2024-ün seçmə mərhələsindəki son oyunlarda Avstriyaya 1:4, İsveçə isə 0:5 hesabı ilə uduzub.

Kənd təsərrüfatı naziri vəzifəsini müvəqqəti icra edən nazir müavini Sarvan Cəfərov bu gün saat 09:00-da Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Hacıqabul və Şirvan rayonlarından olan vətəndaşları qəbul edəcək.

Misirin xarici işlər naziri Sameh Şükrü bu gün  Türkiyəyə səfər edəcək. S.Şükrü səfər çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək. Nazirlər ikitərəfli və regional məsələləri müzakirə edəcəklər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Özbəkistanda keçiriləcək Əfqanıstanın qonşu ölkələrinin dördüncü nazirlər konfransında iştirak edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi bildirib.

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borel bu gün Çinə rəsmi səfər edəcək.

Bu gün Ramazan ayının iyirmi ikinci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 13-də  iftar vaxtı 19:31-dədir.