Bu gün nələr gözlənilir?

İqtisadiyyat.az xəbər verir ki, bu gün 27 mindən çox abituriyent imtahan verəcək. İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Qazax, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də keçiriləcək. İmtahan saat 11:00-da başlanır.

Bu gün Bakının Nərimanov rayonunun Baksol yolunda saat 08:00-dan 22:00-dək nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilir ki, buna səbəb dəmir yolu xətti üzərində aparılacaq təmir işləridir.

Bu gün Monteneqroda prezident seçkilərinin 2-ci turu keçiriləcək. Bu mərhələdə hazırkı prezident Milo Cukanoviç ilə Avropa Hərəkatının lideri Yakov Milatoviç yarışacaq.

Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə" turnirinə bu gün yekun vurulacaq.