İqtisadiyyat.az bu gün baş verəcək hadisələri təqdim edir. 

Bu gün II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. Bu gün həmçinin III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə də imtahan keçiriləcək. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunacaq.

Bu gün Milli Məclisin deputatı Sevinc Fətəliyeva AŞPA-nın Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında iştirak etmək üçün Fransanın paytaxtı Paris şəhərinə, deputatlar Erkin Qədirli və Kamal Cəfərov isə bu təşkilatın Hüquqi məsələlər və insan hüquqları komitəsinin iclasında iştirak etmək üçün Kipr Respublikasının Larnaka şəhərinə səfər edəcəklər. 

Bu gün I Bakı Müasir Musiqi Günləri Festivalı start götürür.

Bu gün Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatına yekun vurulacaq. Elm və Təhsil nazirliyi və Mədəniyyət nazirliyinin dəstəyi ilə təşkil olunan festival 5 gün davam edəcək. Festivalın bu günkü proqramı çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Pianoda müasir ifaçılıq texnikaları" vorkşopu (Fidan Ağayeva - Edler), "Müasir musiqidə tembr və forma" mühafizəsi (Andrey Jurgenssohn) təqdim olunacaq. Giriş ödənişsizdir.

Bu gün Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda Azərbaycanın Xalq Yazıçısı Çingiz Abdullayevin yaradıcılıq gecəsi keçiriləcək. Tədbir saat 18:00-da başlanır. Biletlərin qiyməti 10-39 manat arasında dəyişir.  

Bu gün ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək. Görüş G7 sammitinin keçirildiyi Yaponiyanın Xirosima şəhərində baş tutacaq.

Bu gün planetin bir çox sakinləri 10 ildə bir dəfə baş verən unikal səma hadisəsini görə biləcəklər. Bu hadisə "Da Vinçi parıltısı" adlanır və yalnız Yerin peyki Ayın kölgəsində olduqda görünür. "Da Vinçi parıltısı" səmada yalnız Ayın işıqlandırılmış parlaq hissəsini deyil, həm də Yerdən gələn işıqla işıqlandırılan qaranlıq səthini görə bildiyiniz bir effektdir. Göydə Ayın parlaq nazik ayparasını və dairənin zəif işıqlı qalan hissəsini görə bilərsiniz. Bu təsir günəş işığının Yer səthindən Aya sıçraması ilə bağlıdır.