Son günlər Avropanın mərkəzi olan Brüsseldə hava limanında pasport növbələri yaranıb.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, Belçikanın paytaxtı Brüsselin hava limanına gələn sərnişinlər saatlarla pasport növbələrində gözləməli olurlar. Pasport sahiblərinin gözləmə müddəti 2 saatı keçə bilir.

Hava limanı rəsmilərinə görə, yay mövsümü ilə əlaqədar yaşanan sıxlıq normaldır. Belə ki, sərnişinlərin sayının artıb, pasport polislərinin isə əksəriyyəti məzuniyyətdə olduqlarına görə işçilərin sayı azalıb. Səlahiyyətlilər onu da bildiriblər ki, ən sıx saatlar 06.00-10.00 və 17.00-20.00 aralığındadır.

Gülşən Şərif