Pilotsuz uçuş aparatı (PUA) Yəmənin Ədən limanından 60 dəniz mili cənub-şərqdə gəmiyə hücum edərək, gəmidə yanğına səbəb olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz Ticarət Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.

Məlumata görə, dron zərbəsi gəminin sol tərəfinə zərər verib və artıq yanğın artıq söndürülüb. UKMTO gəmilərə ərazidə hərəkət edərkən ehtiyatlı olmağı tövsiyə edib.