Braziliyada güclü yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 169-a yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Brazilya Dövlət Mülki Müdafiəsi məlumat yayıb.

Daşqınlar nəticəsində itkin düşənlərin sayı isə 56-ya yüksəlib.

Bildirilib ki, seldən mənfi təsirlənən 469 qəsəbədə axtarış-xilasetmə işləri davam etdirilir.

 

Gözəl Həşimova