BRİCS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) tərəfindən yaradılmış Yeni İnkişaf Bankı Beynəlxalq Valyuta Fondundan (BVF) daha səmərəli və səxavətli iqtisadi siyasət yürütməlidir. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Braziliya prezidenti Luiz İnasio Lula da Silva bildirib.

"Mən hesab edirəm ki, BRİCS bankı BVF-dən daha səmərəli və daha səxavətli olmalıdır. O, ölkələri batırmağa yox, onlara kömək etməlidir, bunu çox vaxt BVF edir", - siyasətçi deyib.

Qeyd edək ki, BRİCS-in Yeni İnkişaf Bankının yaradılması ilə bağlı razılaşma 2014-cü il iyulun 15-də Braziliyanın Fortaleza şəhərində əldə olunub. Bankın başlanğıc kapitalı 100 mlrd. dollar olub. Baş ofisi Şanxayda yerləşən bank BRİCS və digər inkişaf etməkdə olan ölkələrin davamlı inkişafı üçün infrastruktur layihələrini maliyyələşdirmək üçün yaradılıb.