Britaniyalı deputat Semmi Uilson Şimali Kipr Türk Respublikasının dünya tərəfindən tanınmasını dəstəkləyib.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, bu barədə "Politicshome" jurnalında  məlumat yer alıb. 

Belə ki, britaniyalı deputat Şimali Kipr Türk Respublikasının Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmaması üçün heç bir səbəb olmadığını vurğulayıb:

"İngiltərə bu prosesdə Kipr türkləri ilə yunanlar arasında vasitəçi olmaq istəyir".

Gülşən Şərif

İqtisadiyyat.az