Macarıstan pulları Ukraynaya silah və ya qeyri-öldürücü yardım üçün istifadə edilmir. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) diplomatik xidmətinin rəhbəri Cozep Borrell təsdiqləyib.

"Yeri gəlmişkən, Macarıstan pulu Ukraynaya hərbi yardım üçün istifadə edilmir", - o, Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.