Sofiya-Varna sürət qatarı Bolqarıstanın şimalındakı Pavlikeni şəhəri yaxınlığındakı dəmir yolu keçidində minik avtomobilinə çırpılıb.

İqtisadiyyat.az-ın məlumatına görə, avtomobilin sürücüsü olan qadın ölüb.

Qatarda olan sərnişinlər xəsarət almayıblar.

Bildirilir ki, xüsusi siqnalın işə düşməsinə baxmayaraq, avtomobilin sürücüsü keçiddən keçmək qərarına gəlib. Hadisə də həmin anda baş verib.

Polis hadisə yerində araşdırma aparır.