"Yalnız siyasət bizə İsrail-Fələstin münaqişəsinin hər iki tərəfi qane edəcək yekun həllini tapmağa imkan verəcək". 

İqtisadiyyat.az xəbər verir ki, bunu BMT-nin Yaxın Şərq Sülh Prosesi üzrə Xüsusi Koordinatoru Tor Vennesland deyib.

"Yalnız siyasi həll bizi irəli aparacaq. Bu böhranı həll etmək üçün addımlar elə atılmalıdır ki, son nəticədə Fələstin və İsrailin qanuni milli istəklərinə cavab verən sülh sazişinə gətirib çıxarsın”, - deyə o, təşkilatın Təhlükəsizlik Şurasında Yaxın Şərqdəki vəziyyətlə bağlı açıq müzakirələrdə bildirib.

Vennesland qeyd edib ki, hazırkı hadisələr baş verən hər şeyin bir-biri ilə əlaqəli olduğu regionda daha geniş mənzərənin bir hissəsidir: "Həll edilməmiş münaqişə və davam edən işğal hər bir israillinin və hər bir fələstinlinin reallığını formalaşdırır".